Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalında iştirak edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dan məlumat verilib.
Xəbərə görə, milli dəyərlərin qorunması, ənənələrin təqdim olunmasına, regionda mədəniyyətlərarası əlaqələri güclənməsinə xidmət edən festivalda Azərbaycan nümayəndə heyətinin təqdimatı maraqla qarşılanıb.
DSX süvarilər dəstəsi də tədbirdə xüsusi proqramla çıxış edib.