AZ

Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” festivalında təmsil olunub FOTO

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalında iştirak edib.

Bu barədə APA-ya DSX-dan məlumat verilib.

Xəbərə görə, milli dəyərlərin qorunması, ənənələrin təqdim olunmasına, regionda mədəniyyətlərarası əlaqələri güclənməsinə xidmət edən festivalda Azərbaycan nümayəndə heyətinin təqdimatı maraqla qarşılanıb.

DSX süvarilər dəstəsi də tədbirdə xüsusi proqramla çıxış edib.

Festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə də iştirak edibərək Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.

“Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksək səviyyədə təbliğinə daha bir töhfə verib”, məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
2
apa.az

4Mənbələr