Yevlaxda yol qəzası olub, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə rayonun N.Gəncəvi küçəsində baş verib. "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında aşıb. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü R.Rəşidli və 2010-cu il təvəllüdlü M.Musayev xəsarət alıblar.

Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info