AZ

Yevlaxda yol qəzasında iki yeniyetmə xəsarət alıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun N.Gəncəvi küçəsində qeydə alınıb. "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında aşıb. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü R.Rəşidli və 2010-cu il təvəllüdlü M.Musayev xəsarət alıblar.

Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
5
apa.az

5Mənbələr