Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı Nicat Quliyevlə bağlı yeni iddialar var.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Nicat Quliyev bir neçə öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.
Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür.
Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.
Xatırladaq ki, qətl hadisəsi dünən gecə “Neftçilər” metrosu yaxınlığında evlərdən birində baş verib.