AZ

Nicat Quliyevin psixi problemləri olub? – Yeni İDDİALAR

Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyevlə bağlı yeni iddialar var.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Nicat Quliyev bir neçə öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.

Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür.

Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.

Xatırladaq ki, qətl hadisəsi dünən gecə “Neftçilər” metrosu yaxınlığında evlərdən birində baş verib.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
30
5
konkret.az

6Mənbələr