Bakı. Trend:
Süni intellekti yaratmaq insanın ən qədimi arzusu olub. Süniintellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvəsidir.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyininİdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda “Əqli mülkiyyətvə süni intellekt” mövzusunda keçirilən beynəlxalq konfransdaçıxışında bildirib:
"Azərbaycan Respublikası Prezidenti cənab İlham ƏliyevinSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”iqtisadiyyat, idarəçilik, təhsil, informasiya və səhiyyəsahələrində innovasiyaların tətbiqi və rəqəmsal texnologiyalardanistifadənin artırılması, o cümlədən süni intellektin geniştətbiqini nəzərdə tutur. Süni intellekt haqqında Qanunun qəbulu vəbu sahədə Azərbaycan Akademiyasının yaradılması ölkəmizdə bu sahədəqanunvericiliyin təkmilləşdirilməsi və institusional dəyişikliklərigündəmə gətirir.
Gələcəyin prinsipi insanla süni intellektin birgə fəaliyyətinəəsaslanır. Mədəniyyət müstəvisində süni intellekt kreativlikanlayışını köklü şəkildə dəyişir. Süni intellekt sayəsində hibridyaradıcılıq mərhələsi başlayır. Süni intellekt mədəni diplomatiyadahökumətlərin yumşaq güc vasitələrindən birinə çevrilir. Süniintellektin tarixi yalnız mexaniki ağıl haqqında mifolojitəsəvvürlərdən tutmuş transformerlərə və generativ modellərə qədərtəkamül deyil, o həm də qlobal iqtisadiyyatın əsas dayaqlarındanbirinə və sosial–mədəni transformasiyanın aparıcı faktorunaçevrilmə tarixidir".
K. İmanov süni intellektin hüquqi əsasları və onun əqlimülkiyyət sahəsindəki mühüm rolu barədə danışıb. O, süniintellektin informasiya və kommunikasiya vasitələrinə, mediaformatlarına, jurnalistikaya, sosial şəbəkələrə, təhsilə və digərsahələrə təsir etdiyini bildirib.