Bakı. Trend:
Süni intellekti yaratmaq insanın ən qədimi arzusu olub. Süniintellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvəsidir.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyininİdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda “Əqli mülkiyyətvə süni intellekt” mövzusunda keçirilən beynəlxalq konfransdaçıxışında bildirib:
"Azərbaycan Respublikası Prezidenti cənab İlham ƏliyevinSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”iqtisadiyyat, idarəçilik, təhsil, informasiya və səhiyyəsahələrində innovasiyaların tətbiqi və rəqəmsal texnologiyalardanistifadənin artırılması, o cümlədən süni intellektin geniştətbiqini nəzərdə tutur. Süni intellekt haqqında Qanunun qəbulu vəbu sahədə akademiyanın yaradılması ölkəmizdə süni intellektlə bağlıqanunvericiliyin təkmilləşdirilməsi və institusional dəyişikliklərigündəmə gətirir.
Gələcəyin prinsipi insanla süni intellektin birgə fəaliyyətinəəsaslanır. Mədəniyyət müstəvisində süni intellekt kreativlikanlayışını köklü şəkildə dəyişir. Süni intellekt sayəsində hibridyaradıcılıq mərhələsi başlayır. Süni ontellekt insanla maşınarasındakı sərhəddləri bulanıqlaşdırır. Süni intellekt mədənidiplomatiyada hökumətlərin yumşaq güc vasitələrindən birinəçevrilir. Süni intellektin tarixi yalnız mexaniki ağıl haqqındamifoloji təsəvvürlərdən tutmuş transformerlərə və generativmodellərə qədər təkamül deyil, o həm də qlobal iqtisadiyyatın əsasdayaqlarından birinə və sosial–mədəni transformasiyanın aparıcıfaktoruna çevrilmə tarixidir".
K. İmanov süni intellektin hüquqi əsasları və onun əqlimülkiyyət sahəsindəki mühüm rolu barədə danışıb. O, süniintellektin informasiya və kommunikasiya vasitələrinə, mediaformatlarına, jurnalistikaya, sosial şəbəkələrə, təhsilə və digərsahələrə təsir etdiyini bildirib.