AZ

Ağ Evdə gərgin döyüşlər – Tramp tarixini açıqladı

Ağ Evdə səkkiz-doqquz Ultimate Fighting Championship (UFC) titul döyüşləri keçiriləcək.

Olaylar.az xəbər verir ki, bunu Home of Fight portalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp açıqlayıb. Onun sözlərinə görə, bu döyüşlər "UFC-nin indiyə qədər keçirdiyi ən böyük döyüşlər" olacaq.

İyulun əvvəlində Tramp 4 iyul 2026-cı ildə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyinin qeyd edilməsi çərçivəsində Ağ Ev ərazisində ayrıca bir UFC tədbirinin keçiriləcəyini elan edib. O, tədbiri 20.000-25.000 nəfərlik gözlənilən tamaşaçı kütləsi ilə "tam çempionluq döyüşü" adlandırıb. Tramp daha sonra tədbirin 14 iyun 2026-cı ildə keçiriləcəyini açıqlayıb.

Bir müddət əvvəl iki divizionda keçmiş UFC çempionu Konor Makqreqor Ağ Evdə UFC tərəfindən maliyyələşdirilən tədbirdə iştirak etmək üçün müqavilə imzaladığını açıqlayıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
76
olaylar.az

1Mənbələr