Olaylar.az xəbər verir ki, bunu Home of Fight portalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp açıqlayıb. Onun sözlərinə görə, bu döyüşlər "UFC-nin indiyə qədər keçirdiyi ən böyük döyüşlər" olacaq.
İyulun əvvəlində Tramp 4 iyul 2026-cı ildə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyinin qeyd edilməsi çərçivəsində Ağ Ev ərazisində ayrıca bir UFC tədbirinin keçiriləcəyini elan edib. O, tədbiri 20.000-25.000 nəfərlik gözlənilən tamaşaçı kütləsi ilə "tam çempionluq döyüşü" adlandırıb. Tramp daha sonra tədbirin 14 iyun 2026-cı ildə keçiriləcəyini açıqlayıb.
Bir müddət əvvəl iki divizionda keçmiş UFC çempionu Konor Makqreqor Ağ Evdə UFC tərəfindən maliyyələşdirilən tədbirdə iştirak etmək üçün müqavilə imzaladığını açıqlayıb. (Musavat.com)