AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın8-də davam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, AnarRzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıqməhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilənşəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsiüçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşməninərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığınısöyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarınacavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu dadeyib.

Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadəvermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlətittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətəçatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarətalıb.

Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatınəticəsində başından xəsarət aldığını deyib. O, Baş ProkurorluğunDövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi NəsirBayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsinmüxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatınəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi RəhimovLaçında düşmənin hücumu nəticəsində qolundan yaralandığınısöyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumuzamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığınısöyləyib.

Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatınəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elanolunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxsqismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyəmüraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edəbilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrinitəsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəməiclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasınaetiraz etməyiblər.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs RubenVardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzisənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyinisöyləyib.

R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təminolunmasını məhkəmədən xahiş edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibətbildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsinmüdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanışolmasına etiraz etmir.

Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki,müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər vəonlara buna dair zəruri şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Məqalədə:
Seçilən
96
13
az.trend.az

4Mənbələr