AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın25-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Samir Məmmədov ifadəsində Laçında düşmən tərəfindənatılmış minaatan mərmisinin yaxınlığına düşərək partlamasınəticəsində başından yaralandığını bildirib. Dövlət ittihamçısıVüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş hadisəzamanı Tural İsgəndərovun da xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Ruslan Abbasov Kəlbəcərdə düşmən tərəfindən açılmışatəş nəticəsində güllə yarası aldığını bildirib. Hadisə zamanı dahaiki nəfər yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmişVüqar Hüseynov da Kəlbəcərdə düşmən tərəfindən açılmış atəşnəticəsində yaralandığını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş Toğrul Əliyev Ağdamda Ermənistanordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindənaçılmış atəş nəticəsində qəlpə yarası aldığını bildirib. Həmin vaxtonun yanında olmuş Nazim Ağayev və Murad Əliyev də xəsarətalıblar.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran zərərçəkmiş Samir İbrahimovXocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlıdəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığınıdeyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranBayram Ağcayev Kəlbəcərdə düşmənin açdığı atəşlər nəticəsindəxəsarət aldığını söyləyib.

Zərərçəkmiş Rəşad Quliyev Kəlbəcərdə düşmən tərəfindən atılmışartilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsindəyaralandığını bildirib.

Digər zərərçəkmiş Kamal Abdullayev ifadəsində Ağdamda Ermənistansilahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələritərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığınısöyləyib.

Zərərçəkmiş Orxan Musayev Ağdam istiqamətində Ermənistanordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələritərəfindən açılmış atəş nəticəsində sol göz nahiyəsindənyaralandığını deyib. Hadisə zamanı Bəhruz Rzayev və Nizami Cabbarovda yaralanıblar.

Digər zərərçəkmiş Dilqəm Həsənov Kəlbəcərdə düşmən tərəfindənaçılmış artilleriya atəşi nəticəsində xəsarət aldığınıbildirib.

Zərərçəkmiş Samir Xəlilov Ağdərədə Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmışraket atəşi nəticəsində yaralandığını deyib. Hadisə zamanı ÜlviMikayılov həlak olub.

Məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər vədigər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Məqalədə:
Seçilən
56
13
az.trend.az

4Mənbələr