AZ

Beyləqanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Qazel" markalı nəqliyyat vasitəsi "Khazar" markalı minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
31
3
sitat.info

10Mənbələr