Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var.
Xezerxeber.az-ın məlumata görə, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Qazel" markalı nəqliyyat vasitəsi "Khazar" markalı minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.