AZ

İran, Rusiya və ərəb ölkələrinin bir qrup vətəndaşı ABŞ dan deportasiya edilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

İran, Rusiya və adları açıqlanmayan ərəb ölkələrinin bir qrup vətəndaşı ABŞ-dan deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “New York Times” nəşri İranın rəsmi şəxslərinə istinadla məlumat yayıb.

“Tramp administrasiyası bazar günü 50-yə yaxın İran vətəndaşını, həmçinin ərəb ölkələri və Rusiya vətəndaşlarını çarter reysi ilə ölkədən çıxarıb. Arizona ştatından havaya qalxan təyyarə Misirdə və Küveytdə dayanacaq”, - deyə qəzet yazıb.

Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, ərəblər və ruslar Qahirədə, iranlılar isə Küveytdə təyyarədən endiriləcək.

İlk belə deportasiya sentyabrın sonunda baş vermişdi. O vaxt “New York Times” 100-ə yaxın iranlının ABŞ-dan deportasiya ediləcəyi barədə məlumat yaymışdı. İran tərəfi də öz növbəsində bu məlumatı təsdiqləmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr