AZ

İran, Rusiya və ərəb ölkələrinin bir qrup vətəndaşı ABŞ-dan deportasiya edilib

Bakı, 8 dekabr, AZƏRTAC

İran, Rusiya və adları açıqlanmayan ərəb ölkələrinin bir qrup vətəndaşı ABŞ-dan deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “New York Times” nəşri İranın rəsmi şəxslərinə istinadla məlumat yayıb.

“Tramp administrasiyası bazar günü 50-yə yaxın İran vətəndaşını, həmçinin ərəb ölkələri və Rusiya vətəndaşlarını çarter reysi ilə ölkədən çıxarıb. Arizona ştatından havaya qalxan təyyarə Misirdə və Küveytdə dayanacaq” - deyə qəzet yazıb.

Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, ərəblər və ruslar Qahirədə, iranlılar isə Küveytdə təyyarədən endiriləcək.

İlk belə deportasiya sentyabrın sonunda baş vermişdi. O vaxt “New York Times” 100-ə yaxın iranlının ABŞ-dan deportasiya ediləcəyi barədə məlumat yaymışdı. İran tərəfi də öz növbəsində bu məlumatı təsdiqləmişdi.

Seçilən
53
3
azertag.az

4Mənbələr