AZ

D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub

Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci günü uğurla başa çatıb.

Aznews.az xəbər verir ki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.

Proqramın ilk paneli "Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər" mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.

Ardınca "Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər" paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Seçilən
95
15
aznews.az

10Mənbələr