Bakı. Trend:
Dekabrın 7-də Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikincigünü uğurla başa çatıb.
Trend xəbər verirki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhərmühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panelmüzakirələri təşkil olunub.
Proqramın ilk paneli “Şəhərlərdə mobillik: Daha inklüziv vəgəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalarvə həllər” mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatınınəlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobilyanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitininqurulması məsələləri diqqət mərkəzində olub.
Ardınca “Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağıkarbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. Ekspertlər vəiştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi,ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağıkarbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikirmübadiləsi aparıblar.
Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya,ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakınıngücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirəediblər.
Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi ƏməkdaşlıqTəşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdmanNazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ZərifəZülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirinsonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı GənclərBəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərindərolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqlarıngücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsiistiqamətində ortaq öhdəlikləri əks etdirir.
Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu regionölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişafüzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaqtəşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədidaşıyıb.