Hikmət Hacıyev Qriqoryanla müzakirələrin videosunu paylaşdı
Ajans.az xəbər verir ki, o, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müzakirələrinin videosunu paylaşıb. Qeyd edək ki, dekabrın 6-da keçirilən müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.