Axar.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında Doha Forumu ilə bağlı paylaşım edib.
Axar.az xəbər verir ki, o, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müzakirələrinin videosunu paylaşıb.
Qeyd edək ki, dekabrın 6-da keçirilən müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.