AZ

Osimhen Avropa nəhənginə keçir?

Nigeriyanın milli komandasının keçmiş baş məşqçisi Sandey Olise sensasiyalı iddia irəli sürüb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, "Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Real"a keçməyə yaxındır.

"Osimhenin "Real"a keçidi ilə bağlı çox söz-söhbət var. Məlumatı necə aldığımı deməyəcəyəm, amma mənə onun gedəcəyi söylənilib. Nə baş verəcəyini görəcəyik, amma bunu Nigeriyada nüfuzlu bir şəxsdən eşidəndə bu gənc üçün çox sevindim", - deyə bildirib.

Qeyd edək ki, Osimhen Türkiyə liqasındakı parlaq çıxışı ilə diqqət çəkir və bu səbəbdən Avropanın bir çox nəhəng klublarının siyahısında yer alması təəccüblü deyil.

Seçilən
149
23
publika.az

9Mənbələr