Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünəhəsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərininmöhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.
Trend xəbər verir ki, BƏƏ-ninrəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan RespublikasıDövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu vəorkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini vəxalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağatlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları vəorkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəngqatdı.
Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqlaqarşılanıb və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiətolunub.
Xüsusilə diqqət çəkən məqamlardan biri - BƏƏ Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onunçıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət vəsərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha daəlamətdar etdi. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqsqrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalanhissələrindən birinə çevrildi.
Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini vəbənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimiirsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədərdəyərli olduğunu bir daha təsdiq etdi.
Abu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılanmədəniyyət pəncərəsi oldu və Qarabağ atlarının, musiqimizin və rəqssənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə etdi.