AZ

Qarabağ atlarının performansı tamaşaçıları heyran edib FOTO/VİDEO

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.

Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanmış və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunmuşdur. Xüsusilə diqqət çəkən məqamlardan biri — BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar etmişdir. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilmişdir. Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq etmişdir.

Abu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə etmişdir.

AzVision.az

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
18
azvision.az

10Mənbələr