Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muradlı kənd istiqamətində qeydə alınıb.
Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982-ci il təvəllüdlü Imanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Bakıvaxtı.az