AZ

Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb

SALYAN, 18 dekabr. TELEQRAF

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xıl kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zəqam Kamil oğlunun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusa çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri sürücünün avtomobildə sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, mərhum sürücünün hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
182
50
teleqraf.com

10Mənbələr