ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində sabah "Qəbələ"nin qonağı olacaq "Şəfa"nın futbolçusu Nihad Quliyev oyunla bağlı fikirlərini bölüşüb.
1-ci Liqanın liderinin mərkəz müdafiəçisi Fanat.Az-a danışıb:
"Bizi "Qəbələ" ilə çox ağır və maraqlı oyun gözləyir. Matça maksimum dərəcədə hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, Qəbələdən qələbə ilə qayıdaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqa təmsilçisinə qarşı oynamaq bizim üçün əlavə motivasiyadır. Çətin qarşılaşmaya psixoloji cəhətdən hazırıq".
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.