AZ

2 ci Liqanın liderinin hazırlıq planı bəlli oldu: İstəyimiz Premyer Liqa təmsilçiləri ilə üz üzə gəlməkdir

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Yanvarın 18-də bir araya gəlməyi planlaşdırırıq. Ayın 25-də isə birhəftəlik təlim-məşq toplanışımız olacaq".

Bunu Fanat.Az-a açıqlamasında 2-ci Liqanın lideri "Qaradağ-Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov deyib.

3-4 yeni futbolçu transfer etmək istədiklərini bildirən Abbasov hazırlıq planını açıqlayıb: "Toplanışı fevralın 1-də yekunlaşdırandan sonra komanda 2 günlük istirahət veriləcək. Arından fevralın 15-dək gündə 1 dəfə məşq etmək və yoxlama oyunları keçirmək niyyətindəyik. Dörd sınaq qarşılaşması nəzərdə tutmuşuq. Bunlar Premyer Liqa, Birinci Liqa və İkinci Liqa komandaları ola bilər. Müraciət etmişik, cavab gözləyirik. Bizim istəyimiz Premyer Liqa təmsilçiləri ilə üz-üzə gəlməkdir. Daha sonra yenə birhəftəlik toplanışımız olacaq. "Xankəndi" ilə oyuna hazırlaşacağıq".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
22
fanat.az

10Mənbələr