AZ

Ağ Ev: Tramp Ukraynaya yardımı korrupsiya qalmaqalına görə dayandırıb

BAKI, 2 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynaya maliyyə və hərbi yardımın dayandırılması barədə qərarını ölkədə baş verən korrupsiya qalmaqalları ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit açıqlama verib.

Onun sözlərinə görə, Tramp Kiyevə “sonsuz yardım” siyasətinə son qoyub və hesab edir ki, Amerika vergi ödəyicilərinin pullarından sui-istifadə olunub.

“Tramp ABŞ vergi ödəyicilərinin vəsaitlərini ölkə daxilində saxlamaq qərarına gəlib. O, Ukraynaya ayrılan vəsaitlərin səmərəli xərclənmədiyinə əmindir”, - Levit qeyd edib.

Açıqlama Ukraynada baş verən korrupsiya qalmaqalı fonunda verilib və Vaşinqtonun gələcək yardımlarla bağlı mövqeyinin sərtləşdiyini göstərir.

Seçilən
54
46
teleqraf.com

10Mənbələr