Göygöldə ev yanıb.
"Unikal" xəbər verir ki, hadisə Göygöl şəhərin Aydın Hacıyev küçəsində baş verib. Sözügedən küçəsdə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Fərdi yaşayış evin yanması zamanı ev sahibi 1989-cu il təvəllüdlü Aygün Huseynova tüstüdən zəhərlənib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov