AZ

Gəncədə əri 43 yaşlı qadını döyüb, xəstəxanalıq etdi

Gəncədə qadın döyülüb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
77
21
unikal.az

10Mənbələr