“Uzun müddətə. Biz bu insanları istəmirik, özümüzün kifayət qədər problemlərimiz var. Bilirsiniz niyə bizim onlara ehtiyacımız yoxdur? Çünki onların çoxu pis adamlardır, bizim ölkədə onlara yer yoxdur”,- ABŞ prezidenti vurğulayıb.
Noyabrın 28-də ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşlar üçün bütün sığınacaqların qəbulunu dayandırıb. Həmin gün ABŞ hökuməti Əfqanıstan vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul edib.
![]() |
| Trampdan miqrantlara sərt xəbərdarlıq |
Xatırladaq ki, noyabrın 26-da günorta saatlarında bir nəfər Vaşinqton şəhərinin mərkəzində, Ağ Evdən təxminən 300 metr aralıda yerləşən Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın üzvlərinə atəş açıb. Hücum edən şəxs və Milli Qvardiyanın iki əsgəri yaralanaraq xəstəxanaya yerləşdirilib. Əsgərlərdən biri sonradan aldığı yaralar nəticəsində dünyasını dəyişib.
ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə amerikalı hərbçilərin Əfqanıstandan çıxarılmasından sonra Vaşinqtonun əfqan müttəfiqlərinin qəbulu proqramı çərçivəsində oradan Amerikaya gəlib.
Məhz bu hadisədən sonra Donald Trampın mühacirlərə münasibətdə ritorikası daha da sərtləşib.
Sahil İsgəndərov
AzVision.az
