Olaylar.az xəbər verir ki, ABŞ prezidenti noyabrın 30-da jurnalistlərin sualını cavablandırarkən bildirib:
"Uzun müddət. Biz bu insanları istəmirik, onsuz da kifayət qədər problemimiz var. Bilirsiniz niyə onları istəmirik? Çünki onların çoxu yaxşı insanlar deyil və ölkəmizdə yerləri yoxdur".
Noyabrın 28-də ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) bütün sığınacaq müraciətlərinin araşdırılmasını dayandırıb. Həmin gün ABŞ hakimiyyəti həmçinin Əfqanıstan vətəndaşlarına viza verilməsini də müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Bundan əvvəl Tramp administrasiyanın ölkəyə gələn sığınacaq axtaranları geri göndərməyi və "üçüncü dünya ölkələrindən" immiqrasiyanı qeyri-müəyyən müddətə dondurmağı planlaşdırdığını açıqlamışdı. Bu qərarların fonunda Vaşinqtonda baş verən silahlı insident də geniş müzakirə olunur. Noyabrın 26-da şəhər mərkəzində, admiral Devid Farragut adına skverin yaxınlığında bir nəfər Milli Qvardiya hərbçilərinə atəş açıb. Hadisə yerinin Ağ Evdən məsafəsi təxminən 300 metrdir. Hücum edən şəxs və iki qvardiyaçının yaralandığı bildirilirdi. Daha sonra yaralılardan biri-qadın hərbçi aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31