AZ

Kreml “vahid rus kimliyi” layihəsini işə saldı: əhalinin 95%-i “rusiyalı” olmalıdır

Rusiya Prezidenti Vladimir Putin ölkədə 2036-cı ilə qədər həyata keçiriləcək Dövlət Milli Siyasəti Strategiyasını təsdiqləyib.

Musavat.com xəbər verir ki, sənəddə həmin müddətə qədər əhalinin 95 faizinin özünü ilk növbədə “rusiyalı” kimi identifikasiya etməsi hədəflənir.

Məqsəd — vahid milli kimliyin formalaşdırılması

Rəsmi sənəddə bildirilir ki, yeni strategiya “tarixi formada yaranmış dövlət birliyini qorumaq”, “territorial bütövlüyü möhkəmləndirmək” və ölkədə “daxili sabitliyi təmin etmək” məqsədi daşıyır. Kremlin planına görə, çoxmillətli Rusiya cəmiyyəti “vahid rusiyalı millət” anlayışı ətrafında birləşdirilməlidir.

Sənəddə vurğulanır ki, bu siyasət:

“Rusiya dövlət-sivilizasiyasının təməli olan çoxmillətli rus xalqının birliyini gücləndirməlidir”;

ölkənin sosial-iqtisadi harmoniyasını artırmalıdır;

assimilyasiya deyil, “birgə milli identifikasiya” xəttini təşviq edir.

Analitiklər hesab edirlər ki, bu addım Moskvanın son illər gücləndirdiyi “vahid rus kimliyi” siyasətinin növbəti mərhələsidir. Kremlin yanaşmasına görə, etnik kimliklər saxlanılsa da, onların üzərinə üstün identitet kimi “rusiyalı” anlayışı gətirilir.

 

Musavat.com

Seçilən
62
50
musavat.com

10Mənbələr