AZ

Kreml Paşinyana qarşı yeni planı işə salır: Ermənistanda “Po-naşemu” hərəkatı sürətlə böyüyür

Ermənistanda Rusiyaya yaxın siyasi şəbəkələrin fəallaşması fonunda “Po-naşemu” hərəkatının könüllülərinin sayı rekord həddə - 9 min nəfərə çatıb.

Musavat.com xəbər verir ki, son bir həftə ərzində 1000 yeni üzvün hərəkat sıralarına qoşulması, Moskvanın Baş nazir Nikol Paşinyan üzərinə təzyiqi sistemli şəkildə artırdığı barədə ehtimalları gücləndirir.

Hərəkatın lideri, hazırda həbsdə olan milyarder Samvel Karapetyan Kremlə yaxın siyasi fiqur kimi tanınır.

Самвел

Onun ətrafında toplaşan əsas təşkilatçılar - həm siyasi baxışları, həm də maliyyə-logistika əlaqələri baxımından Moskvanın siyasi orbitinə yaxın şəxslər kimi təqdim olunur. Bu səbəbdən hərəkatın genişlənməsi təkcə ictimai narazılığın ifadəsi kimi deyil, Rusiyanın Ermənistanda yeni təsir alətinə çevrilməsi kimi dəyərləndirilir.

Hərəkatın ofisindən yayılan açıqlamada vurğulanır ki, minlərlə vətəndaş “ölkədə real dəyişiklikləri məhz bu hərəkatla bağlayır”. Lakin siyasi müşahidəçilər hesab edirlər ki, bu artım spontan deyil - Moskvanın Paşinyanın qərbyönlü kursuna qarşı yönəlmiş koordinasiyalı kampaniyasının tərkib hissəsidir.

Ekspertlərin fikrincə, Rusiya son aylar Ermənistan daxilində kilsə ilə gərginlik, Kremlin media emissarlarının ardıcıl səfərləri, Samvel Karapetyanın həbsi ətrafında aparılan təbliğat və sosial şəbəkələrdə aktivləşən Kreml yönümlü qruplar vasitəsilə Paşinyana qarşı yeni etiraz dalğası formalaşdırmağa çalışır.

Bu prosesin fonunda “Po-naşemu” hərəkatı tədricən Ermənistanda siyasi təzyiqin rıçağına, Kreml üçün isə qarşıdakı seçkilərdə təsir mexanizminə çevrilir. Müşahidəçilər bildirirlər ki, hərəkatın artan populyarlığı həm Ermənistanda daxili sabitlik üçün risk yaradır, həm də Moskvanın regiondakı mövqelərini bərpa etmək cəhdlərinin davam etdiyini göstərir.

Musavat.com

Seçilən
45
50
musavat.com

10Mənbələr