AZ

Dəhşətli avtobus qəzası: 2 nəfər öldü, 40 sərnişin yaralandı

Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin avtobusu qəzaya uğrayaraq aşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Bərdəskən-Səbzvar magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı azı iki nəfər ölüb, 40 sərnişin isə yaralanıb.

Xəsarət alanlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Seçilən
81
7
avtosfer.az

8Mənbələr