10:38 25.11.2025
10:38 25.11.2025
Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin avtobusu qəzaya uğrayaraq aşıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Bərdəskən-Səbzvar magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı azı iki nəfər ölüb, 40 sərnişin isə yaralanıb.
Xəsarət alanlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.