Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
Paralel.az xəbər verir ki bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta