AZ

Bu gün Bakının bəzi qəsəbələrində qaz kəsiləcək

BAKI, 25 noyabr. TELEQRAF

Bu gün Bakının bəzi qəsəbələrində qaz olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
20
21
teleqraf.com

10Mənbələr