AZ

Kibertəhlükəsizlik müsabiqəsində uğur

İordaniyada silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmiz 2 komanda ilə təmsil olunub. DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb, dövlət qurumlarımızın mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.

28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur. Yarışda iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.

XQ

Seçilən
7
30
xalqqazeti.az

10Mənbələr