AZ

ADNSU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərkibində Azərbaycan İnnovasiya Mərkəzi (AİM) təsis edilib. Mərkəzin açılış mərasimdə ADNSU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, o cümlədən universitetin startap qurucuları iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov qurumun dəstəyi ilə yaradılmış innovasiya mərkəzlərinin ölkədə startap mədəniyyətinin inkişafındakı rolunu vurğulayıb. F. Osmanov Mərkəzin məhz universitetin tərkibində mövcud olmasının bir sıra üstünlüklərinə diqqət çəkib: "Gələcəkdə ADNSU AİM yeni innovasiya mərkəzi kimi dövlət-universitet-biznes üçlüyünü birləşdirərək qeyri neft-sektorunun inkişafına xidmət edən sənaye sahələri üçün güclü innovativ zəmin formalaşdıracaq. Burada mentorluq, inkubasiya, akselerasiya, beynəlxalq şəbəkələşmə və ideyadan məhsula qədər gedən yolun bütün mərhələlərini dəstəkləyən mühit yaradılıb".

ADNSU-nun rektoru Rüfət Əzizov çıxışında universitetin innovasiya sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ADNSU AİM-in resursları sayəsində ADNSU-da tələbə olan innovatorların öz ideyalarını sınamaq, prototiplər hazırlamaq və real bazar tələblərinə uyğun inkişaf etdirmək üçün hər cür uyğun şərait təqdim edilir.

Qeyd edək ki, ADNSU AİM ​​prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, Mərkəz kovörkinq, toplantı və təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün məkanlarla təmin edilib.

  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
  • ADNSU-nun
Seçilən
16
4
day.az

5Mənbələr