AZ

ADNSU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi iləAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərkibindəAzərbaycan İnnovasiya Mərkəzi (AİM) təsis edilib. Mərkəzin açılışmərasimdə ADNSU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, ocümlədən universitetin startap qurucuları iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyətinin sədriFərid Osmanov qurumun dəstəyi ilə yaradılmış innovasiyamərkəzlərinin ölkədə startap mədəniyyətinin inkişafındakı rolunuvurğulayıb. F. Osmanov Mərkəzin məhz universitetin tərkibindəmövcud olmasının bir sıra üstünlüklərinə diqqət çəkib:

“Gələcəkdə ADNSU AİM yeni innovasiya mərkəzi kimidövlət-universitet-biznes üçlüyünü birləşdirərək qeyrineft-sektorunun inkişafına xidmət edən sənaye sahələri üçün güclüinnovativ zəmin formalaşdıracaq. Burada mentorluq, inkubasiya,akselerasiya, beynəlxalq şəbəkələşmə və ideyadan məhsula qədərgedən yolun bütün mərhələlərini dəstəkləyən mühit yaradılıb”.

ADNSU-nun rektoru Rüfət Əzizov çıxışında universitetininnovasiya sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verib. Oqeyd edib ki, ADNSU AİM-in resursları sayəsində ADNSU-da tələbəolan innovatorların öz ideyalarını sınamaq, prototiplər hazırlamaqvə real bazar tələblərinə uyğun inkişaf etdirmək üçün hər cür uyğunşərait təqdim edilir.

Qeyd edək ki, ADNSU AİM prototipləşdirmə, aparat təminatıdizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib.Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdənistifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur.Bununla yanaşı, Mərkəz kovörkinq, toplantı və təqdimatlar, öyrənməvə təlim məqsədləri üçün məkanlarla təmin edilib.

ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
Seçilən
26
4
az.trend.az

5Mənbələr