ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Argentina Prezidenti Xavyer Mileyin iqamətgahında çalışan mühafizəçi ərazidə ölü tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkə hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə Olivosdakı prezident iqamətgahında baş verib. Təhlükəsizlik vəzifələrini yerinə yetirən hərbçi daxili postlardan birində huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn həkimlər ölüm faktını təsdiqləyiblər. Məlumata görə, hazırda istintaq aparılır və bütün fərziyyələr nəzərdən keçirilir.
TN televiziyasının məlumata görə, mühafizəçinin intihar etdiyi güman edilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.