"Sabah" Misli premyer-liqasının evdə keçirilən 12-ci tur matçında "Şamaxı"yla bacarmadı - 0:0.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Milli komandalarla bağlı yaranmış 2 həftəlik fasilə oyun ritmimizə ciddi təsir etdi. Çox çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq. Rəqibin də çox maraqlı oyun planı var idi. Daha çox meydançada birə-bir oynamağa çalışırdı. Fiziki cəhətdən yaxşı komandadı. Bu gün rəqib əvvəlki matçlara nisbətən daha çox müdafiə olundu. İlk 20-25 dəqiqə daha təhlükəli idilər, bizi cəzalandıra bilərdilər. Amma ikinci hissədə üstünlük bizdə oldu. Yarımmüdafiə xəttini gücləndirdik və nəzarəti ələ aldıq. Ən böyük problem üçüncü zonada idi. Son ötürmələr çatmırdı. İkinci hissə çox yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmədik. Bir topumuz dirəyə dəydi. Hesabı ədalətli nəticə hesab etmək olar. Daha çoxunu etməliyik. Bu matçı unutmalı və qarşıdakı matçlara hazırlaşmalı, səhvlərimizi düzəltməliyik. Növbəti matçda daha yaxşı olmalıyıq. Bizim kimi iddialı komandanın qapıya 6 zərbə endirməsi o qədər də çox deyil.
- Komandanın hücumdakı problemləri aradan qaldıra bilməməsi nə ilə əlaqədardı?
- Biz çalışırıq ki, hər oyun hücum futbolu sərgiləyək. Amma bəzən alınır, bəzən alınmır. Rəqiblər də bizi təhlil edir. Bizim oyun prinsipimiz həmişə eynidi. Hər oyun eyni qaydada oynamaq olmur. Bəzən istədiklərin alınır, bəzən yox. Hücumda ötürmələrdə problemlər yaşadıq. Simiçin, Lepinitsanın epizodları oldu. Rəqib də "yatmır", mübarizə aparır. Bu gün “Şamaxı” inadkarlıqla mübarizə apardı. Epizodlarımızdan yararlana bilmədik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta