AZ

“Bizim kimi komandanın qapıya yalnız 6 zərbə endirməsi çox deyil” – “Sabah”ın baş məşqçisi

“Milli komandaların oyunları ilə bağlı yaranmış iki həftəlik fasilə oyun ritmimizə böyük təsir göstərdi. Çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq, rəqibin də maraqlı oyun planı vardı. Onlar daha çox birə-bir mübarizəyə üstünlük verirdilər və fiziki cəhətdən güclü komandadırlar. Bu gün əvvəlki oyunlara nisbətən daha çox müdafiəyə çəkilmişdilər. İlk 20-25 dəqiqə təhlükəli idilər, bizi cəzalandıra bilərdilər. Amma ikinci hissədə üstünlük bizdə oldu. Yarımmüdafiə xəttini gücləndirdik və oyunun nəzarətini ələ aldıq. Ən böyük problemlərimiz üçüncü zonada idi, son ötürmələr çatmırdı. İkinci hissədə çox yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmədik, bir topumuz isə dirəyə dəydi. 0:0 hesabını ədalətli nəticə hesab etmək olar. Daha artığını etməliyik. Bu matçı unudub qarşıdakı oyunlara hazırlaşmalı, səhvlərimizi düzəltməliyik. Qarşıdakı oyunda daha yaxşı olmalıyıq. Bizim kimi iddialı komandanın qapıya yalnız 6 zərbə endirməsi çox deyil”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 12-ci turunun “Şamaxı” ilə görüşündən sonra deyib:

“Biz çalışırıq ki, hər oyunda hücum futbolu nümayiş etdirək. Amma bəzən bu alınır, bəzən alınmır. Rəqiblər də bizi təhlil edir. Bizim oyun prinsipimiz həmişə eynidir, amma hər matçda eyni taktika işləyə bilmir. Bəzən istədiklərimiz alınır, bəzən isə yox. Hücumda bu gün ötürmələrdə çətinlik yaşadıq, Simiç və Lepinitsanın epizodları oldu. Rəqib də passiv deyil, onlar da mübarizə aparır. Bu gün “Şamaxı” inadkarlıqla oynadı və epizodlarımızdan maksimum yararlana bilmədik”.

Seçilən
11
2
msport.az

10Mənbələr