AZ

Mingəçevirdə məktəblinin qətli ilə bağlı TƏFƏRRÜAT - FOTO

Mingəçevir şəhərində baş verən qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Sarıyevin yaxınlarının sözlərinə görə, o, dostları ilə həmişə getdiyi çayxanaya getibmiş. Sonra onlara Elmanın bıçaqlanması barədə zəng gəlib: "Həkimlər əllərindən gələni etsələr də, Elman çox qan itirdiyi üçün dünyasını dəyişdi. Ailədə iki övladdırlar. Elman ailənin kiçik övladıdır".

Qətlə yetirilən gəncin Mingəçevir şəhər 17 saylı orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)

Fotoda Elman Sarıyev



Bizim.Media

Seçilən
29
1
bizim.media

10Mənbələr