AZ

Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat

Dünən Mingəçevirdə şagirdin ölümü ilə nəticələnən hadisə haqda yeni təfərrüat məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.

O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülüb. Elman ailədə iki qardaşdan biri olub.

Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir.

Seçilən
28
19
publika.az

10Mənbələr