2023-cü ilin yanvar-noyabr aylarında banklar 997.4 milyon manat xalis mənfəət əldə edib.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Hesabat dövrü üzrə bank sektoru 1,521.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
2023-cü ilin 11 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 milyon manat daha çoxdur.