AZ

Türkiyə Rusiya neftinə görə milyardlarla dollar gəlir əldə edib

Türkiyə və türk şirkətləri 2023-cü ildə Rusiya neftinin və neft məhsullarının daha ucuz idxalını artıraraq təxminən 2 milyard dollar qənaət edə bilib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik özü LSEG məlumatlarının təhlilinə və treyderlərin qiymətləndirmələrinə istinad edir.

“Bu il Türkiyə Aralıq dənizindəki analoji sortların qiymətləri ilə müqayisədə dizel üçün bir tona görə 25-150 dollar ucuz (yaxud barrel üçün 3,3-20 dollar) ödəyib. Neftin bir barreli 5-20 dollar ucuzlaşıb”, - yazan agentlik ölkənin bu yolla 2 milyard dollara yaxın qənaət edə bildiyinə diqqət çəkib.

Müəlliflər qeyd edirlər ki, Çin və Hindistan Rusiyadan Türkiyədən daha çox neft idxal edir, lakin Ankaranın Rusiya limanlarına yaxınlığı o deməkdir ki, ucuz daşınma sayəsində digər alıcılardan daha çox qənaət edir.

Seçilən
605
50
publika.az

10Mənbələr