AZ

ATƏT: Minsk Prosesi və əlaqəli strukturların bağlanması yekunlaşır

ATƏT Minsk Prosesi və əlaqəli strukturların bağlanmasını tamamlayır.
 
Sitat.info xəbər verir ki, bu barədə ATƏT-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
"1 sentyabr 2025-ci ildə Nazirlər Şurası tərəfindən qəbul edilmiş 1/25 saylı qərara əsasən, Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı addımlar ATƏT tərəfindən həyata keçirilir”, - məlumatda qeyd edilib.
 
Vurğulanıb ki, bağlanma 1 dekabr 2025-ci ilə qədər başa çatacaq: "Bu tarixdən sonra Minsk Prosesi və əlaqəli strukturların mandatı çərçivəsində aparılan bütün fəaliyyətlər rəsmi olaraq sona çatacaq”.
 
Bağlanmanın rəsmi olaraq başa çatdığını elan etmək üçün 1 dekabrda ATƏT tərəfindən bir açıqlama veriləcəyi gözlənilir.
 
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib..
 
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Seçilən
0
10
sitat.info

10Mənbələr