AZ

ATƏT Minsk Qrupunun ləğvi yekunlaşır

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

ATƏT Minsk Prosesi və əlaqəli strukturların bağlanmasını tamamlayır.

Bu barədə ATƏT-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“1 sentyabr 2025-ci ildə Nazirlər Şurası tərəfindən qəbul edilmiş 1/25 saylı qərara əsasən, Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı addımlar ATƏT tərəfindən həyata keçirilir”, – məlumatda qeyd edilib.

Vurğulanıb ki, bağlanma 1 dekabr 2025-ci ilə qədər başa çatacaq: “Bu tarixdən sonra Minsk Prosesi və əlaqəli strukturların mandatı çərçivəsində aparılan bütün fəaliyyətlər rəsmi olaraq sona çatacaq”.

Bağlanmanın rəsmi olaraq başa çatdığını elan etmək üçün 1 dekabrda ATƏT tərəfindən bir açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib..

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
10
azpost.info

10Mənbələr